Rusiyada radioaktiv qaza görə uşaq bağçası bağlandı


Dünya 05 Fev 2019 10:39:00 200 0

Rusiyada radioaktiv qaza görə uşaq bağçası bağlandı

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərində atmosferdə radon radioaktiv maddəsinin normadan çox olduğu üçün uşaq bağçası bağlanıb.

Son.az report-a istinadən bildirir ki, bu barədə Rusiya Federal Məhkəmə Xidməti İcraçılarının regional idarəsindən məlumat verilib.

Bildirilib ki, Rusiya İstehlakçıları Nəzarət Xidməti bağçanın tibbi kabinetində, orta yaş və kiçik yaş qrupunun yataq otaqlarında radonun normadan çox olduğunu qeydə alınıb. Bu qazın çoxluğu uşaqların və tərbiyəçilərin sağlığına birbaşa təhlükə yaradır.