Avropada məişət tullantılarının həcmi artır


Digərləri 04 Fev 2019 23:59:00 272 0

Avropada məişət tullantılarının həcmi artır

Brüsselin məişət tullantıları ilə bağlı apardığı maarifçiliyə və mübarizəyə baxmayaraq, son illərdə Avropa İttifaqı (Aİ) ölkələri üzrə orta hesabla götürdükdə tullantıların həcmi artıb.

Son.az xəbər verir ki, AZƏRTAC bu barədə "Avrostat" Avropa agentliyinin apardığı tədqiqatın nəticələrinə istinadla bildirir.

2017-ci ildə Aİ ölkələrində əmələ gələn tullantıların miqdarı 249238 ton (yaxud orta hesabla adambaşına 487 kq) təşkil edib. Avropa Statistika Xidmətinin yanvarın 23-də açıqladığı məlumatda bildirilir ki, müqayisə edildikdə, 2013-cü ildə avropalılar 242195 ton (və yaxud adambaşına 479 kq) məişət tullantısı atıblar.