Sizdə insult ola bilər? Sadə TESTlə yoxlayın
Digərləri 04 Fev 2019 23:21:00 275 0
Amerikalı nevroloqlar sübut edir ki, çox sadə testin köməyi ilə beyin qan dövranının pozulmasını və insultun riskini təyin etmək mümkündür.
Bu testi keçmək üçün 1 ayağı üstündə mümkün qədər çox dayanmaq lazımdır.
Alimlərin fikrinə görə, nevroloji problemləri olmayan insan bir ayağı üstündə dayanaraq orta hesabla 30-40 saniyə ərzində tarazlığını saxlamağa bacarmalıdır. İnsan yaşlaşdıqca bu göstərici azalır. Lakin mütəxəssislər qeyd edir ki, 1 ayağı üstündə 20 saniyədən çox dayana bilməyən insanlarda koqnitiv pozulmalar, beyin qan dövranı pozulması, beyin infarktı və insultun riski bu testi keçə bilən insanlarla müqayisədə daha çoxdur.
Mənbə: milli.az