Tərtərdə daş karxanasında 2 top mərmisi tapılıb


Digərləri 04 Fev 2019 21:47:00 276 0

Tərtərdə daş karxanasında 2 top mərmisi tapılıb

Tərtərdə 2 ədəd 30 mm-lik zenit top mərmisi aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, bu gün saat 10:56-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:09-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu ərazisində daş karxanasında 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları il' birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.


Xəbərə aid fotolar