Türkiyədən hücum: 75 terrorçu məhv edildi


Digərləri 04 Fev 2019 20:59:00 179 0

Türkiyədən hücum: 75 terrorçu məhv edildi

2019-cu ilin yanvar ayında Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatları çərçivəsində PKK terror təşkilatının 75 üzvünü zərərsizləşdirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hesabatında deyilir.

Bu müddət ərzində bir türk hərbçisi həlak olub, 3 nəfər isə yaralanıb.

Bundan başqa, yanvar ayı ərzində terrorçularla əlaqədə şübəhli bilinən 350 nəfər saxlanılıb. Onlardan 108-i həbs olunub.

Son.az