"SOFAZ öz portfelində qızılın payını ikiqat artırmaq niyyətindədir"


Digərləri 04 Fev 2019 14:22:00 228 0

"SOFAZ öz portfelində qızılın payını ikiqat artırmaq niyyətindədir"

Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) 2019-cu ildə öz portfelində qızılın payını ikiqat artırmaq niyyətindədir

Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) 2019-cu ildə öz portfelində qızılın payını ikiqat artırmaq niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində Fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

O bildirib ki, SOFAZ qızıl ehtiyatlarını 100 tonadək çatdırmağı planlaşdırır.

Ş.Mövsümov vurğulayıb ki, Fondun xaricdə əldə etdiyi qızıl həcmləri saxlanılması üçün Azərbaycana gətirilir.