Məşqçi: Azərbaycan gimnastı Mixail Malkinin qızıl medal qazanmaq şansı çoxdur


Digərləri 04 Fev 2019 14:04:14 169 0

Məşqçi: Azərbaycan gimnastı Mixail Malkinin qızıl medal qazanmaq şansı çoxdur

Azərbaycan gimnastı Mixail Malkinin tamblinq üzrə Dünya Kubokunda qızıl medal qazanmaq şansı çox yüksəkdir

Bakı. Sara İsrafilbəyova - Azərbaycan gimnastı Mixail Malkinin tamblinq üzrə Dünya Kubokunda qızıl medal qazanmaq şansı çox yüksəkdir. Bunu Trend-ə tamblinq üzrə milli komandanın baş məşqçisi Adil Hüseynzadə deyib. O bildirib ki, iki həftə ərzində idmançının tam formada olacağına ümid edir. Baş məşqçinin fikrincə, yarışda rəqabət güclü olacaq, ən güclü rəqabəti isə rusiyalı idmançı təşkil edəcək. Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.