İsa Həbibbəyli AMEAdakı islahatlar barədə: "Proses başlayıb, müxtəlif variantlar var"


Digərləri 04 Fev 2019 13:51:00 230 0

İsa Həbibbəyli AMEAdakı islahatlar barədə: "Proses başlayıb, müxtəlif variantlar var"

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatlar prosesi başlayıb. Prezident İlham Əliyevin struktur islahatlarının aparılması ilə bağlı verdiyi tapşırıq əsasında Akademiyanın rəhbərliyi tərəfindən buna hazırlıq işləri aparılır.

Son.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, islahatların aparılması zamanın tələbidir və bununla bağlı qarşılarına konkret vəzifə qoyulub: "AMEA rəhbərliyi də idarəetmənin daha da təkmilləşdirilməsi, elmin daha effektiv nəticələr verməsi üçün zəruri islahatların aparılmasına çalışır"

İ.Həbibbəyli qeyd edib ki, Akademiya islahatların aparılması üçün müəyyən təkliflər paketi hazırlayır.

AMEA-nın vitse-prezidenti hazırda islahatların aparılması üçün müəyyən layihələr üzərində düşünüldüyünü və variantlar axtarıldığını söyləyib: