İcra Hakimiyyəti: Bərdədə tapılan azyaşlıların qeydiyyat yeri bilinmir


Digərləri 04 Fev 2019 11:57:00 271 0

İcra Hakimiyyəti: Bərdədə tapılan azyaşlıların qeydiyyat yeri bilinmir

Bərdədə küçədə tapılan iki azyaşlı ilə bağlı araşdırma aparılır

.

Son.az Trend-ə istinadən bildirir ki, Bu barədə açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlizamin İsayev deyib.

Onun sözlərinə görə, hazırda uşaqlarla bağlı araşdırma aparılır: "Hələlik araşdırma aparılır ki, uşaqlar və valideynləri hansı rayonda qeydiyyatdadır. Hələ bu məlumatlar tam dəqiqləşməyib. Rəsmi dəqiqləşdirilmə aparılandan sonra aidiyyəti qurumlara məlumat veriləcək".

Qeyd edək ki, fevralın 3-də gecə saatlarında Bərdə rayonunda şadlıq evlərindən birinin qarşısında hər ikisi azyaşlı olan bir qız və bir oğlan uşağı aşkar edilib. Azyaşlılar təcili yardımla xəstəxanaya çatdırılıblar.