Bakıda oğul anasını izlədi, başqa maşına mindiyini görüb bıçaqladı


Digərləri 04 Fev 2019 10:12:00 284 0

Bakıda oğul anasını izlədi, başqa maşına mindiyini görüb bıçaqladı

Qısqanclıq zəminində anasını öldürməyə cəhddə ittiham edilən gənc hakim qarşısına çıxarılıb

. O, anasını öldürmək istəmədiyini deyib. Anası isə oğlunu bağışlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 18 yaşlı Sənan Şahkərimov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihamda göstərilir ki, Sənan Şahkərimov anası Kəmalə Zalovanı öldürməyə cəhd edib. O, anasının mobil telefonuna gələn zənglərdən, mesajlardan və işdən evə qayıtdıqdan sonra telefonunu söndürməsindən şübhələnib, anasının hansısa bir şəxslə munasibətinin ola biləcəyini düşünüb.

Bu şübhəsinin doğru olub-olmadığını araşdırmaq üçün anasını izləyib. Həmin gün o, anasının "20 Yanvar" metrostansiyasının yaxınlığında avtobusdan düşərək, tanımadığı "Mercedes-Benz" markalı avtomobilin qabaq oturacağına əyləşdiyini görüb. Sənan şübhələrində haqlı olduğunu düşünüb və anasının öldürmək qərarına gəlib. İttihamda göstərilir ki, Sənan anasını izlədikdən sonra evə qayıdıb. Mətbəxdən məişətdə istifadə edilən və soyuq silah sayılmayan bıçağı götürərək gödəkcəsinin döş cibinə qoyub. Yaşadıqları binanın yanında anasının evə qayıtmasını gözləyib. O, anasının binanın dəhlizində görən kimi ona yaxınlaşaraq, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Zərbələr Kəmalə Zalovanın boyun, çiyin, burun, döş qəfəsi, qarın boşluğu, bel və digər nahiyələrinə dəyib. Sənan anasının qışqırdığını gördükədən sonra bıçağı yerə atıb və oradan qaçıb.

İstintaq orqanı belə qənaətə gəlib ki, Sənan anasını öldürmək istəyib, lakin zərərçəkmişə vaxtında ixtisaslaşmış tibbi yardım göstərildiyindən və iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini tam başa çatdıra bilməyib.

Buna görə də Sənan Şahkərimova qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Bu cəzadan narazı qalan S.Şahkərimov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb.

Sənanın müdafiəçisi apellyasiya şikayətini əsaslandırarkən deyib ki, müdafiə etdiyi şəxsin əməli düzgün tövsüf olunmayıb. Vəkil deyib ki, müdafiə etdiyi şəxs hadisəni zərərçəkmiş şəxsin hərəkətlərinin nəticəsində törədib. Müdafiəçi Sənanın əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunmasını və ona həmin maddənin sanksiyası həddində daha yüngül cəza təyin edilməsini barədə qərar qəbul edilməsini xahiş edib.