Yol qəzası baş verib, yaralananlar var


Digərləri 04 Fev 2019 07:28:00 199 0

Yol qəzası baş verib, yaralananlar var

Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, şəhərin Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan "VAZ-2107" və "Qazel" markalı avtomobillər toqquşub.

Nəticədə, "VAZ-2107" markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan 2 sərnişin - Gəncə şəhər sakinləri, 1994-cü il təvəllüdlü Jamiq İxtiyar oğlu Abbasov və onun həmyaşıdı Müqayis Qalib oğlu Qəzənfərov müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.