Maşın piyadanı vurub


Digərləri 04 Fev 2019 07:07:00 179 0

Maşın piyadanı vurub

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, teatr meydanının yaxınlığında "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən 1968-ci il təvəllüdlü şəhər sakini Pənahov Ramiz Məmməd oğlunu vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.