Yataq otağında ərini öldürən qadından QANDONDURAN İFADƏ: Axşam döydü, səhər isə əxlaqsız...


Digərləri 04 Fev 2019 05:30:00 275 0

Yataq otağında ərini öldürən qadından QANDONDURAN İFADƏ: Axşam döydü, səhər isə əxlaqsız...

Türkiyənin Bursa şəhərində qadın həyat yoldaşını bıçaqlayaraq öldürüb.

Son.az xəbər verir ki, məhkəmədə ifadə verən qadının ərinin ona pozğun təkliflər etdiyini deyib.

Qadın ifadəsində qaçaraq evləndiklərini və toy günündən ərinin onu döydüyünü deyib.

"Məni heç kimlə görüşməyə qoymurdu, bacım boşandığı üçün evinə getməyimə razı olmurdu. Axırıncı dəfə dava etməyimizin səbəbi bacımgilə getməyim oldu. Bacımın əxlaqsız olduğunu deyirdi. Mən artıq boşanmağa qərar vermişdim. Heç vaxt boşanmayacağını deyib məni döydü. Səhər tezdən isə mən mətbəxdə işləyərkən zorla yataq otağına apardı, əlimdəki bıçağı kənara qoyub, cinsi əlaqədə olmaq istədiyini dedi. Mən isə axşam döyüb, səhər belə bir şey istədiyinə görə əsəbiləşdim, etiraz etdim. Daha sonra mənə əxlaqsız təkliflər etdi. Mən də bıçaqla onu qorxutmaq istədim. Necə olduğunu bilmədən onu bıçaqladım. Öldüyünü polis bölməsində öyrəndim".