Panda balaları üçün qeyriadi bayram təşkil edilib


Digərləri 04 Fev 2019 02:30:00 263 0

Panda balaları üçün qeyriadi bayram təşkil edilib

Çinin Volonq təbiət qoruğunun əməkdaşları Çin Yeni ili münasibətilə panda balalarına bayram təşkil ediblər. Bu barədə "Yahoo Singapore" məlumat yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qoruğun əməkdaşları ərazinin bir hissəsini ənənəvi Çin oyuncaqları ilə bəzədikdən sonra panda balalarını oraya gətiriblər. Pandalar qoruq əməkdaşlarının qucağında çox qalmayaraq sərbəst oynamağa başlayıb. Bu, keçən il doğulmuş 11 panda balasının tamaşaçılar qarşısına ilk çıxışı olub.