Türkiyədə üç təhlükəli terrorçu həbs olunub FOTO


Dünya 03 Fev 2019 23:39:00 186 0

Türkiyədə üç təhlükəli terrorçu həbs olunub  FOTO

Türkiyənin Mersin Baş Prokurorluğunun qərarı ilə həbs olunan PKK/KCK terror təşkilatının aparıcı simalarından olan Davut Baghestaninin istintaq işi nəticəsində məlum olub ki, bu şəxs uzun müddət Canbulut Turgaya məxsus saxta şəxsiyyət vəsiqəsindən istifadə edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Davut Baghestaninin PKK ilə xarici qüvvələr arasında vasitəçiliyi, eyni zamanda, Suriyada fəaliyyət göstərən YPG/PKK terror təşkilatları ilə əlaqəsi sübut edilib.

Digər bir rəsmi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda DHKP/C terror təşkilatının fəal üzvlərindən olan Hatice Ruken Kılıç ilə Serkan Örsü həbs ediblər. Terrorçuların həbs edildikləri evdən 1 tapança, çox sayda sursat və terror aktlarında istifadə olunan digər ləvazimatlar götürülüb.


Xəbərə aid fotolar