Rusiyada sosial şəbəkələrdə ekstremizmə görə inzibati həbs qərarı qəbul edilib


Dünya 03 Fev 2019 22:13:00 249 0

Rusiyada sosial şəbəkələrdə ekstremizmə görə inzibati həbs qərarı qəbul edilib

Rusiyanın Saratov vilayətində sosial şəbəkələrdə ekstremizmə görə bu ölkədə ilk dəfə inzibati cəza haqqında məhkəmə qərarı qəbul edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  Saratov sakini Aleksey Alekseyev "VKontakte" sosial şəbəkəsində milli ədavətə, ekstremizmə çağıran materiallar yayıb, Qafqaz, Orta Asiya regionlarının əhalisini, ukraynalıları, zənciləri, meksikalıları təhqir edib, ağ dərililərin digər irqlərdən üstün olduqlarını yazıb.

Vilayət məhkəməsi Alekseyevin ilk dəfə inzibati qanun pozuntusunda təqsirli bilinməsini, təqsirini boynuna almasını və peşman olmasını nəzərə alaraq, barəsində 5 sutka müddətində inzibati həbs cəzası təyin edib.