Cəlilabadda evdən oğurluq edən şəxslər tutuldular FOTO


Digərləri 03 Fev 2019 19:48:00 240 0

Cəlilabadda evdən oğurluq edən şəxslər tutuldular  FOTO

Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə evdən oğurluq edən rayon sakinləri saxlanılıb.

Son.az "Report"a istinadən bildirir ki, Cəlilabad şəhəri, M.Quliyev küçəsində yaşayan B.Şahbazov rayon Polis şöbəsinə müraciət edərək, ona məxsus yaşayış evindən elektrik generatoru, videomaqnitafon, rəqəmsal peyk aparatı, kompüter monitoru, səsgücləndiricilər, həmçinin digər məişət əşyalarının oğurlandığını bildirib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Cahid Kazımov və Nizami Mahmudov saxlanılıb. Şübhəli şəxs qismində tutulmuş C.Kazımovun yaşadığı Cəlilabad şəhərinin M.Hadi küçəsində yerləşən evə keçirilən baxış zamanı oğurlanmış əşyalar aşkar olunaraq, maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Daha əvvəl Abşeronda ev və avtomobillərdən oğurluq edən şəxs tutulub.


Xəbərə aid fotolar