"Tesla" Çində ucuz "Model 3" satışına başlayır


Digərləri 03 Fev 2019 19:35:00 195 0

"Tesla" Çində ucuz "Model 3" satışına başlayır

"Tesla" şirkəti bu gündən etibarən Çində "Model 3" avtomobillərini ucuz qiymətə satacağını elan edib.

Son.az insider.az-a istinadən bildirir ki, "Model 3" avtomobillərinin qiyməti 433 min yuandan ( 64,300 dollar) başlayacaq.

Qeyd edək ki, sözügedən avtomobillərin satış qiyməti Çində 499 min yuan idi. Həmçinin şirkət Şanxayda ilkin mərhələdə "Model 3" avtomobillərini istehsal edəcək zavodun tikintisinə başlayıb. Şirkətin bir həftə ərzində 3000 "Model 3" istehsal edəcəyi bildirilir.