Əsəb xəstəliklərindən əziyyət çəkənlər!


Digərləri 03 Fev 2019 19:02:00 204 0

Əsəb xəstəliklərindən əziyyət çəkənlər!

Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu universal adlandırırlar. Əhalinin böyük əksəriyyətinin iştirakı ilə aparılan epidemioloji tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına ən müsbət şəkildə təsir edir.

Son.az Azərtac-a istinadla xəbər verir ki, alimlər kartofun ən qidalı hissəsi kimi onun qabığını hesab edirlər.

Qabığı ilə bərabər yeyildikdə faydalıdır. Böyük Britaniyanın Kral Tibb Cəmiyyəti nəzdindəki sağlam qida forumunun sabiq prezidenti doktor Merilin Qlenvillin sözlərinə görə, kartofu qabıqsız yemək böyük səhv və sağlamlıq üçün nöqsandır. Kartofdan təmizlənmiş bir yumruq həcmində qabıq orqanizmi həkimlərin tövsiyə etdiyi həll olunan lif, kalsium, dəmir, fosfor, sink və C vitamini kimi gündəlik dozanın yarısını əvəz edə bilər. Lakin kartofun qabığı bir qayda olaraq zibil yeşiyinə atılır.

Xərçəng xəstəliklərindən qorunmada faydalıdır. Elmi tədqiqatların nəticələri göstərir ki, kartof tərkibindəki yüksək miqdarda flavonoid, karotinoid və fenol turşularının hesabına antioksidant təsiri göstərir. Bu maddələr qaraciyərdə və yoğun bağırsaqda əmələ gələn xərçəng hüceyrələrinin inkişafını deaktivləşdirir. Qırmızı kartofun tərkində isə ağ kartofa nisbətən antoksidantlar 3-4 dəfə çoxdur.

Beyin və əsəb sisteminin sağlamlığı üçün faydalıdır. Kartof B6 vitamininin mənbəyidir. Bu vitamin uşaqlarda beynin inkişafını stimullaşdırır. Böyüklərdə kartofdan istifadə koqnitiv xüsusiyyətlərin azalma təsiri ilə bağlıdır. Bundan başqa, kartofun tərkibindəki nişasta orqanizmə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir.