Bakıda idman avtomobili yüksək sürətlə işıq dirəyinə çırpıldı FOTO


Digərləri 03 Fev 2019 13:57:00 204 0

Bakıda idman avtomobili yüksək sürətlə işıq dirəyinə çırpıldı  FOTO

Bakı şəhərinin Xətai rayonunda ağır yol qəzası baş verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, Nobel prospektində "Kia cerato" markalı ikiqapılı idman avtomobili yüksək sürətlə işıq dirəyinə çırpılıb.

Belə ki, gecə saat 00 radələrində yolda avtomobillərin az olduğu vaxt prospektdə yüksək sürət yığıb və idarəetməni itirməsi nəticəsində avtomobil dirəyə çırpılıb. Zərbənin gücündən maşının motoru mühərrikxanadan çıxaraq kənara düşüb.

Qəza zamanı xoşbəxtlikdən ölən və ya ağır xəsarət alan olmayıb.