Fransada "sarı jiletlilər"in keçirdiyi aksiyada 8 polis yaralanıb


Dünya 03 Fev 2019 12:20:00 245 0

Fransada "sarı jiletlilər"in keçirdiyi aksiyada 8 polis yaralanıb

Fransada "sarı jiletlilər"in keçirdiyi növbəti aksiyada 8 polis əməkdaşı xəsarət alıb.

Son.az report-a istinadən bildirir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Bildirilir ki, polis əməkdaşları Morl, Nant və Valans şəhərlərində keçirilən aksiyalar zamanı yaralanıblar. Nümayişçilər polis əməkdaşlarına daş və şüşə qablar - butılkalar atıblar. Öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları da etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.