63 yaşlı qadın Paşinyanın iqamətgahındakı medalları oğurladı


Dünya 03 Fev 2019 11:09:00 196 0

63 yaşlı qadın Paşinyanın iqamətgahındakı medalları oğurladı

Ermənistanın baş nazirinin iqamətgahının əməkdaşı xatirə medallarını oğurladığını etiraf edib.

Son.az bildirir ki, "Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, medallar yanvarın 30-da, binanın üçüncü mərtəbəsində istifadə olunmayan zalın stendindən yoxa çıxıb. Oğurluq faktı üzrə cinayət işi qaldırılıb. Müstəntiqlər təxminən 20 nəfəri dindiriblər.

Arutyunyan bildirib ki, Baqramyan 26 prospektində işləyən 1956-cı il təvəllüdlü qadın Yerevanın Arabkir rayonunun İstintaq Bölməsinə etiraf edib ki, yanvarın 30-da xatirə medallarını o oğurlayıb.