Daşınmaz əmlak bazarında QİYMƏT PROQNOZU


Digərləri 03 Fev 2019 08:00:19 239 0

Daşınmaz əmlak bazarında QİYMƏT PROQNOZU

2019-cu ilin birinci yarısında Azərbaycanda mənzil qiymətlərinin 5-10 faiz ucuzlaşması gözlənilir

Bakı. Taleh Mursaqulov - Bu ilin birinci yarısında Azərbaycanda mənzil qiymətlərinin 5-10 faiz ucuzlaşması gözlənilir. Bunu Trend-ə "Koneko Group" qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib. O bildirib ki, dövlət tərəfindən sosial mənzillərin tikintisi layihəsinin reallaşdırılması nəticəsində bazarda təklifin artımı müşahidə olunur: "Buna əsaslanaraq, bu il təklifin artması və daşınmaz əmlak bazarında qiymətin azalması gözlənilir".