Gənclər Günü münasibətilə Cocuq Mərcanlıda gənc hərbçilərlə görüş keçirilib (FOTO)


Digərləri 03 Fev 2019 05:48:42 205 0

Gənclər Günü münasibətilə Cocuq Mərcanlıda gənc hərbçilərlə görüş keçirilib (FOTO)

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə keçirilən görüşdə söhbət açılıb.

Bakı. Gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi, onların xalqa və dövlətə sədaqət ruhunda tərbiyə edilməsi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas məqsədlərindəndir. Prezident İlham Əliyev gənclərə xüsusi qayğı göstərir, onların dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində uğur qazanması üçün lazımi şərait yaradır. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində də gənclərin mühüm rolu vardır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə keçirilən görüşdə söhbət açılıb. 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbirdə Dövlət Komitəsinin əməkdaşları, veteran hərbçilər, şəhid ailələrinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak ediblər. Görüş ön xətdə düşmənlə üz-üzə dayanan və torpaqlarımızın azadlığı uğrunda döyüşə daim hazır olan gənc hərbçilərlə həmrəylik və mənəvi birlik nümayiş etdirmək məqsədi daşıyıb. Əvvəlcə tədbir iştirakçıları 2016-cı ililn aprel ayında Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra onlar hərbi hissədə əsgər, gizir və zabitlərlə görüşüb, onların xidmət və yaşayış şəraiti ilə tanış olublar. Zabitlər Niyazi Dadaşov, Qəhrəman Abdullayev, Orxan Nəsirov gənc əsgərlərin hərbi xidmətin tələblərinə layiqincə əməl etdiklərini, vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirdiklərini bildiriblər. Qeyd edilib ki, güclü maddi-texniki bazası, silah-sursat təchizatı, yüksək döyüş ruhu olan Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməndən üstündür və hər an Ali Baş Komandanın döyüş əmrini yerinə yetirərək zəfər qazanmağa qadirdir. Aprel döyüşlərindəki qələbəsi ilə ordumuz bunu bütün dünyaya nümayiş etdirib.