Qalxanabənzər vəziyə mənfi təsir edən 8 maddə


Digərləri 02 Fev 2019 23:12:00 264 0

Qalxanabənzər vəziyə mənfi təsir edən 8 maddə

Qalxanvarı vəzi - boğazın aşağısında yerləşən kəpəyəbənzər kiçik ölçülü vəzdir.  Ölçüsünün kiçik olmasına baxmayaraq, orqanizm üçün bir sıra həyati əhəmiyyətli funksiyaları yerinə yetirir.   Onun işində hər hansı bir dəyişiklik baş verərsə, o zaman orqanizmdə bir çox xəstəliklər üzə çıxır.

Bədəndə zərərli maddələrin və toksinlərin toplanması səbəbindən qalxanvarı vəzin funksiyasının pozulmasına daha çox rast gəlinir.

Əlbəttə toksik təsirli məhsulları həyatımızdan çıxararaq, daha sağlam bir həyat tərzi yaşaya və qalxanvarı vəzini də qoruya bilərik. Amma bu elə də asan deyil. Çünki gündəlik həyatımızda kimyəvi maddələrlə tez-tez təmasda oluruq.

Son.az medicina.az-a istinadən qalxanvarı vəzə ziyan vuran həyatımızda olan kimyəvi maddələrin adlarını açıqlayır:  

1. Pestisidlər.

Elmi tədqiqatlarla sübut edilib ki, pestisidlərlə işləyən insanlarda qalxanvarı vəzin xəstəliklərinin riski daha yüksəkdir. Müasir zamanda istifadə edilən pestisidlərin 60%-i xəstəlik yaratmaq qabiliyyətinə malikdir.

2. Yanğın əleyhinə olan vasitələr.   Bu vasitələr də qalxanvarı vəzin xəstəliklərinə səbəb olur. Bu maddələr kompüter və televizorların ekranında, həmçinin də yumşaq mebel dolğularında, xalçalarda və digər əşyalarda rast gəlinir. Bu maddələr orqanizmin inkişafına da ciddi təsir göstərir.  

3. Plastik qablar

Plastikin insan üçün zərərli bir maddə olması çoxdan məlumdur. Həkimlər plastikin tərkibində olan ftalat maddəsinin qalxanvarı vəzə mənfi təsir etdiyini bildirirlər.