Abşeronda ev və avtomobillərdən oğurluq edən şəxs tutulub FOTO


Digərləri 02 Fev 2019 23:06:00 196 0

Abşeronda ev və avtomobillərdən oğurluq edən şəxs tutulub  FOTO

Abşeronda ev və avtomobillərdən oğurluq edən şəxs tutulub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində baş verib.

Abşeron rayon Polis İdarəsinə Xırdalan şəhəri "Quşçuluq" yaşayış massivində evdən və avtomobillərdən oğurluq edilməsi barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib və hadisəni törədən Razi Kərimov isti izlərlə saxlanılıb.

O, ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. R.Kərimov bildirib ki, əvvəlcə yaşadığı əraziyə yaxın yerdə yenicə tikilmiş evdən külli miqdarda elektrik kabellərini oğurlayıb. Bundan sonra elə yaşayış massivindəki iki avtomobilin akkumulyatorunu da oğurlayıb.


Xəbərə aid fotolar