Şəkidə 41 yaşlı qadın zəhərlənib


Digərləri 02 Fev 2019 23:07:00 194 0

Şəkidə 41 yaşlı qadın zəhərlənib

Şəkidə zəhərlənmə hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Birinci Biləcik kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Ruhiyyə Bəşarət qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Müayinə zamanı R.Əsgərovanın yaşadığı ünvanda bilmədən sirkə turşusu içərək zəhərləndiyi məlum olub. R.Əsgərovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti sabitləşib.

Faktla bağlı araşdırma aparılır.