İstanbula üz tutan turistlərin sayı 24 faiz artıb


Dünya 02 Fev 2019 22:32:00 220 0

İstanbula üz tutan turistlərin sayı 24 faiz artıb

İstanbul Mədəniyyət və Turizm Müdirliyi tərəfindən aparılan statistikaya əsasən, 2018-ci ildə İstanbula 13 milyon 433 min 101 xarici vətəndaş gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hesablamalara görə, 2017-ci illə müqayisədə ötən il şəhərə gələn turistlərin sayı 24 faiz artıb. Yalnız dekabr ayında İstanbula 1 milyon 77 min 979 turist gəlib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.