Evinizdə bir dahi böyütmək istəyirsinizsə...


Digərləri 02 Fev 2019 22:22:00 169 0

Evinizdə bir dahi böyütmək istəyirsinizsə...

Övladlarınızın inkişafı üçün sizin onu necə müşahidə etməyiniz, izləməyiniz olduqca önəmlidir.

Son.az publika.az-a istinadən bu işdə sizə yardımçı olacaq 10 metodu təqdim edir.

Ana südü

Ana südü beyinin ana yeməyidir. Danimarkalı elm adamları sübut edir ki, ana südü uşaqların sağlam və zəkalı olmasını təmin edir. Üstəlik, infeksiyalara qarşı müqaviməti artırır.

Yalnız sağlam qidalar!

Şirniyyat, fast-fud və digər hazır yeməklərin əvəzinə uşağa sağlam və tamdəyərli qidaları verin. Bu uşağın zehni inkişafına çox kömək edir. Məsələn, uşaqların sağlam beyin toxumasının olması üçün dəmir elementi önəm daşıyır. Dəmir əksik olanda beyinin sinir hüceyrələri daha yavaş hərəkət edir.

Səhər yeməyi

Güclü qəlyanaltı hafizə, konsentrasiya və öyrənməni inkişaf etdirir. Səhər yemək yemədən günə başlayan uşaqlar əsəbi olur və hər şeydən tez bezir, yorulur.

Beyin oyunları

Şahmat, tapmaca, kriptoqram kimi beyin gimnastikaları beyinin dərmanlarıdır. Stratejik düşüncə, problemin həlli və qərar vermək kimi əhəmiyyətli bacarıqları inkişaf etdirir. Uşaqlara bu oyunları öyrətməlisiniz.

Özünə güvənmək

Xüsusilə, yeniyetmə çağlarında uşaqlar potensial sərhədləri haqqında mənfi düşüncələrin qurbanı olurlar. Buna görə də valideynlər uşaqlarına özlərinə güvənməyi məcburi şəkildə öyrətməlidirlər. Komanda şəklindəki idman yarışlarına qatılmaq, sosial aktivlik özünəgüvəni artırır.