İnsan özünün ya həkimidir, ya qənimi –


Digərləri 02 Fev 2019 21:25:00 243 0

İnsan özünün ya həkimidir, ya qənimi –

Bir çox adamlar öz xəstəliyini irsiyətlə bağlamğa çalışır. Xəstələrdən tez-tez eşitmək olur: "Babam da, atam da, anam da bu xəstəlikdən ölüb. İrsi xəstəlikdir". Xəstəliyi heç kəs öz həyat tərzi ilə əlaqələndirmək istəmir. Bəla burasındadır ki, xəstəliyin irsən keçməsi fikirini mikrobların qarşısında aciz qalan bir çox həkimlər də qəbul edir. Xəstəliyi genlərin boynuna yıxmaq həm xəstələri qane edir, həm də həkimləri. Sərfəlidir. Əslində isə, irsi xəstəlik yoxdur! Əlbəttə, irsi qüsur ola bilər. Əgər xəstəliklər genlərlə keçsəydi, onda gərək dünyada tək bir xəstəlik mövcud olaydı - əcdadımız sayılan Adəmlə Həvvanın xəstəliyi.

Son.az gencaile.az-a istinadən bildirir ki, ilk əcdadlarımızın xəstə olub-olmadığını deyə bilmərəm. Amma hamı belə bir fakt şahididir ki, eyni ailədə bir uşaq bu xəstəlikdən, o biri - başqa xəstəlikdən, üçüncü də tamam başqa xəstəlikdən əzab çəkir. Üstəlik, gündə bir təzə xəstəlik meydana çıxır. Lakin bu reallığı da inkar etmək olmaz ki, bəzən həqiqətən də baba da, ata da, nəvə də eyni xəstəlikdən ölür. Belə hallar az olsa da, mövcuddur və adamların şüurunda qəti fikir formalaşdırıb ki, xəstəliklər irsən keçir. Çox təəssüf ki, belə düşünənlər xəstəliklərə qarşı mübarizə aparmır, öz "acı talei" ilə barışır və dərmanların hesabına yaşayır.

Soruşa bilərsiniz: əgər xəstəliklər irsən keçmirsə, babanın, oğulun və nəvənin eyni xəstəlikdən ölməsi faktını nə ilə izah etmək olar? Bunun çox sadə izahı var. Bütün xəstəliklərin kökü eynidir - mühit və həyat tərzi. Əgər insan qeyri-sağlam həyat tərzi yaşayırsa və pis vərdişlərin quludursa, o, mütləq xəstə olmalı və dünyasını tez dəyişməlidir. Başqa cür ola bilməz. Xəstəlikləri məhz pis vərdişlər törədir. Onlar isə həddən ziyada çoxdur. Kitablarımın birində pis vərdişlərin siyahisini vermişəm. Siyahi çox uzun alındı - 200-ə yaxın pis vərdişi yadıma sala bildim. Güman edirəm ki, onlar daha çoxdur.

Dünya tibb elminin banisi Hippokratın "bizi öldürən qocalıq deyil, pis vərdişlərdi" kəlamını rəhbər tutsaq, deməliyik ki, hər pis vərdişin özünə məxsus xəstəliyi var. Məsələn, ətbaz ailə ürək-damar xəstəliklərinə meyilli olursa, çörək və un məmulatlarını çox sevən ailə oynaq xəstəliklərinə, şirniyyata üstünlük verən ailə isə sümük xəstəliklərinə daha çox meyilli olur. Və sairə.

Burdan belə bir qənaətə gələ bilərik ki, xəstəliklərin daşıyıcısı genlər deyil, pis vərdişlərdi. Babanın, oğulun və nəvənin eyni xəstəlikdən ölməsinin başlıca səbəbi - həmon ailədə eyni pis vərdişlərin nəsildən nəsilə ötürülməsidir. Deyək ki, baba da ətbaz olub, oğul da, nəvə də.