ETDB Azərbaycanda investisiya prioritetlərini açıqlayıb


Digərləri 02 Fev 2019 19:26:00 227 0

ETDB Azərbaycanda investisiya prioritetlərini açıqlayıb

İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankı (ECO Trade and Development Bank, ETDB) Azərbaycanda kənd təsərrüfatı, kənd infrastrukturu, nəqliyyat, tranzit və logistik infrastruktur, istehsalat, turizm və digər sahələrin inkişafı üzrə layihələrin həyata keçirilməsi üçün investisiya imkanlarını öyrənməyi planlaşdırır. Bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunub ki, Azərbaycan son illərdə çox şey vəd edən iqtisadi inkişaf nümayiş etdirir və ETDB Azərbaycanın davamlı inkişafa nail olmaq məqsədilə apardığı əsaslı islahatlara dəstək üçün səylər göstərir:

ETDB-dən deyiblər ki, bank Azərbaycanın maliyyə sektoru ilə əməkdaşlıq edərək ölkədə kiçik və orta müəssisələrin inkişafına dəstək məqsədilə öz maliyyələşdirmə proqramlarımı genişləndirə bilib:

"Bank 2018-ci ildə Azərbaycana 6,83 milyon dollar ayırıb. 2019-2020-ci illərdə Azərbaycanla tərəfdaşlıq üzrə yeni strategiya hazırlanma mərhələsindədir və yaxın illərdə ölkədə bankın fəaliyyətinin genişlənəcəyi gözlənilir. Bu yaxınlarda bankın Direktorlar Şurası ETDB-nin yeni üzvlərinə, o cümlədən Azərbaycana gələcəkdə dəstəyi genişləndirmək qərarına gəlib və onlara maliyyələşdirmənin maksimum həcmini əldə etmək imkanı təqdim olunub. Bu, onların bankın kapitalına ödənilən iştirak payından 3 dəfə çoxdur".

Bankdan bildiriblər ki, ümumilikdə Azərbaycanda makroiqtisadi sabitlik və əlverişli biznes mühiti möhkəmlənir, bu da biznen imkanlarının geniş spektrini açır: