Hamiləlikdə və doğuşdan sonra düzgün qidalanma haqqında kitab!


Digərləri 02 Fev 2019 19:10:00 246 0

Hamiləlikdə və doğuşdan sonra düzgün qidalanma haqqında kitab!

"İkimiz Üçün Yeməliyəm" kitabı hamilə və zahı qadınlar üçün qida haqqında yazılan çoxsaylı kitablardan biridir. Lakin bu kitabın xüsusiliyi onun üzərində çalışan müəllifindədir. Annabel Karmel Böyük Britaniyanın ən məşhur uşaqlar üçün resept kitablarının müəllifidir. Onun yazdığı resept kitabları ilə Krallıqda, eləcə də dünyada artıq ikinci nəsil böyüməkdədir. Qeyd etmək, lazımdır ki, müəllifin uşaqlar üçün nəzərdə tutduğu reseptlər əslində bütün ailənin ağız dadına uyğundur və sağlam qidalanmaq üçün gözəl bir fürsətdir.

Son.az vib.az-a istinadən bildirir ki, müəllifin fikrincə, uşaqlarını sağlam qidalandırmaq istəyən ailələr ilk növbədə bunu öz nümunələrində göstərməlidirlər. Çünki, uşaqlar ən mükəmməl təqlidçidirlər. Valideynlər özləri nə qədər erkən sağlam qida vərdişlərinə özləri yiyələnərlərsə, uşaqlar da bir o qədər sağlam qidaya meyllik göstərərlər. Məhz bu səbəbdən müəllifin yazdığı bu kitab hamiləlik dövrünü əhatə edir.

25 illik yazı təcrübəsi olan müəllif  Annabel Karmeldən əlavə kitabın ərsəyə gəlməsində məsləhətçi qismində dietoloq və düzgün qidalanma üzrə mütəxəssis Fiona Hinton da əməyini əsirgəməmişdir. Fiona Hinton sağlam qidalanma mütəxəssisi olaraq 15 ildən artıqdır ki, ABŞ, Böyük Britaniya və Avstraliyada ictimai maarifləndirmə işləri ilə məşğul olur.