Qanunsuz yolla siqaret gətirirdi, tutuldu


Digərləri 02 Fev 2019 16:49:00 485 0

Qanunsuz yolla siqaret gətirirdi, tutuldu

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı ilə şifahi sorğu-sual aparılıb.

Bu barədə Son.az-a DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində döşəmənin altında 3 000 ədəd "LD Club" markalı siqaret aşkar olunub.