Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar


Digərləri 02 Fev 2019 14:29:00 203 0

Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar

Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücülər videoqeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı çəkərək sosial şəbəkələrə yüklədikləri üçün İnzibatı Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri əsasında cəzalandırılacaqlar.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev məlumat verib. 

O, bildirib ki, sürücülər polis əməkdaşlarının saxla əmrinə qeyri-şərtsiz tabe olmalıdırlar:

"Polis əməkdaşları yalnız yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsində deyil, eyni zamanda Daxili İşlər Orqanlarının digər polis əməkdaşları kimi cinayətkarlığa qarşı mübarizə tədbirlərində də iştirak edirlər.