DTXnin Mədəniyyət Mərkəzində "Gələcəyin gəncləri" adlı uşaq şahmat turniri keçirilir


Digərləri 02 Fev 2019 14:09:00 306 0

DTXnin Mədəniyyət Mərkəzində "Gələcəyin gəncləri" adlı uşaq şahmat turniri keçirilir

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 2 Fevral - Gənclər Günü ilə əlaqədar "Gələcəyin gəncləri" adlı uşaq şahmat turniri keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, turnirin təşkilatçıları Dövlət Təhlükəsizliyi Xidmətinin Şahmat Klubu və Azərbaycan Şahmat Federasiyasıdır.

Iki saatdan çox davam edəcək turnir beynəlxalq qrossmeyster, üçqat Avropa çempionu, Milli komandanın üzvü Qədir Hüseynovun iştirakı ilə baş tutur.

Q.Hüseynov 38 şahmat taxtasında eyni zamanda master klass verir.