Şok kadlar: 115 nəfəri öldürən fəlakətin görüntüləri


Digərləri 02 Fev 2019 09:49:00 239 0

Şok kadlar: 115 nəfəri öldürən fəlakətin görüntüləri

Braziliyanın cənub-şərqinldəki Minas-Jeyras ştatında "Vale" dağ-mədən şirkətinə məxsus mədəndəki su bəndinin dağılmasının nəticəsində baş vermiş fəlakətin videoları yayılıb.

Son.az El Mundo-ya istinadən bildirir ki, yanvarın 25-də Brumadinyo şəhərinin yaxınlığındakı "Corrego do Feijao" mədənində su bəndinin dağılması nəticəsində 115 nəfər həlak olub, 248 nəfər itkin düşüb.

Fəlakət zonasından 24 mindən artıq insan təlxiyyə edilib.

Olay Braziliyada "Vale" dağ-mədən şirkətinə qarşı geniş etiraz aksiyalarına səbəb olub.