Xarici turistlər Azərbaycanda nağdsız ödənişləri 25 faiz artırıb


Digərləri 02 Fev 2019 09:06:00 507 0

Xarici turistlər Azərbaycanda nağdsız ödənişləri 25 faiz artırıb

2018-ci ildə Azərbaycanda xarici vətəndaşlar bank kartları vasitəsilə 1278,4 milyon manat xərcləyib ki, bu da 2017-ci illə müqayisədə 256 milyon manat və ya 25 faiz çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ramin Hüseyn deyib.

Analitikin sözlərinə görə, 2018-ci il ərzində Azərbaycana 196 ölkədən 2849,6 min turist gəlib. Bu göstərici 2017-ci illə müqayisədə 5,7 faiz çoxdur.