5G baza stansiyaları üçün ilk prosessor təqdim olundu


Digərləri 02 Fev 2019 08:51:00 546 0

5G baza stansiyaları üçün ilk prosessor təqdim olundu

"Huawei" şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) baza stansiyaları üçün hazırlanan "Tiangang" adlı dünyanın ilk prosessorunu nümayiş etdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni qurğu bütün dünyada "5G" şəbəkəsinin miqyaslı işə salınmasını sadələşdirməyə imkan verəcək yüksək inteqrasiya olunmuş məhsuldur. Çip əvvəlki nəsil prosessorların göstəricilərini 2,5 dəfə üstələyən yüksək hesablama xüsusiyyətləri ilə xarakterizə olunur.

Məlumata görə, ən yeni alqoritmlərdən və şüanın formalaşdırılması texnologiyasından istifadə etməklə bir belə prosessor 64 kanala nəzarət edə bilir. Bundan başqa, həllin 200 MHs takt tezliyində buraxılış zolağını dəstəkləməsinə görə təkcə mövcud deyil, eyni zamanda gələcək şəbəkələr üçün nəzərdə tutulub.