Xarici turistlər Azərbaycanda nağdsız ödənişləri 25 faiz artırıb


Digərləri 02 Fev 2019 08:48:00 212 0

Xarici turistlər Azərbaycanda nağdsız ödənişləri 25 faiz artırıb

2018-ci ildə Azərbaycanda xarici vətəndaşlar bank kartları vasitəsilə 1278,4 milyon manat xərcləyib

Bakı. Hüseyn Vəliyev - 2018-ci ildə Azərbaycanda xarici vətəndaşlar bank kartları vasitəsilə 1278,4 milyon manat xərcləyib ki, bu da 2017-ci illə müqayisədə 256 milyon manat və ya 25 faiz çoxdur. Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ramin Hüseyn deyib.