Şirvanda “Tosu” ləqəbli kriminal avtoritet saxlanılıb FOTO


Digərləri 02 Fev 2019 08:04:00 275 0

Şirvanda “Tosu” ləqəbli kriminal avtoritet saxlanılıb  FOTO

Şirvan şəhərində "Tosu" ləqəbli narkotacirdən külli miqdarda narkotik vasitə götürülüb.

Son.az "Report"a istinadən bildirir ki, Şirvan şəhər Polis şöbəsinin (PŞ) Post Patrul Xidmətinin əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş, kriminal aləmdə "Tosu" ləqəbi ilə tanınan Qaçayev Toğrul Rafət oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı satış üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Ümumilikdə adı çəkilən şəxsin üzərindən və kirayədə yaşadığı evdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və məlum olmayan vaxtlarda əldə edilən narkotik vasitələr olan 36,069 qram heroin, 4,811 qram tiryək və 5,172 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.


Xəbərə aid fotolar