3D çap texnologiyaları bazarı artır


Digərləri 02 Fev 2019 07:21:00 234 0

3D çap texnologiyaları bazarı artır

"IDC" analitiklərinin proqnozuna görə, 2019-cu ildə "3D" çap sahəsində avadanlıq, istehlak materialları, proqram təminatı və əlaqəli xidmətlərin satış həcmi 2018-ci illə müqayisədə 22,1% yüksələrək 13,8 milyard dollar təşkil edəcək. 2022-ci ildə satışların həcmi təxminən 22,7 milyard dollara yaxınlaşacaq.   Son.az ICTnews-a istinadən bildirir ki, diskret istehsal müəssisələri "3D" printerlərin əsas istifadəçiləridir. Növbəti pillədə tibbi müəssisələr yerləşir: 2019-cu ildə tibbi müəssisələr "3D" çap texnologiyasına təxminən 1,8 milyard dollar xərcləyəcək. Təhsil sahəsində fəaliyyət göstərən şirkətlər 1,2 milyard dollar, peşəkar xidmətlər sahəsindəki şirkətlər isə 898 milyon dollar xərcləyəcək. Bazarın 5%-dən az hissəsi, yəni 647 milyon dollar istehlak seqmentinin payına düşür.   "3D" printerlər əsasən sənayedə prototip, komponent və ehtiyat hissələri, həmçinin stomatoloji və başqa tibbi avadanlığın istehsalında istifadə edilir.