Rəqs növləri üzrə Bakı Çempionatı keçiriləcək (FOTO)


Digərləri 02 Fev 2019 05:40:59 272 0

Rəqs növləri üzrə Bakı Çempionatı keçiriləcək (FOTO)

Azərbaycan Dövlət Mahnı Teatrında ictimai və akademik rəqs növləri üzrə açıq statuslu rəsmi “Bakı Çempionatı” müsabiqəsi keçiriləcək.

Bakı. Fevralın 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ictimai və akademik rəqs növləri üzrə açıq statuslu rəsmi “Bakı Çempionatı” müsabiqəsi keçiriləcək. Trend-in məlumatına görə, müsabiqə Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının, eləcə də Jam Group-un təşkilatçılığı ilə reallaşacaq. Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).