Orqanizmi xərçəngdən qorumağın yolu tapıldı


Digərləri 01 Fev 2019 23:39:00 262 0

Orqanizmi xərçəngdən qorumağın yolu tapıldı

Beynəlxalq alimlər qrupu xərçəng şişlərinə qarşı mübarizə zamanı "taqətdən düşən" T-hüceyrələrin təkrar aktivləşdirilməsi yolunu tapıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "MedicalXpress" nəşrində məlumat dərc olunub.

Məlum olduğu kimi, immun sisteminin xərçənglə mübarizənin öhdəsindən gələ bilməməsinin əsas səbəblərindən biri limfositlərin bədxassəli şişlərə hücumu zamanı enerjisini itirməsidir. 

Bu ona görə baş verir ki, törəmələr qlükozanı daha effektiv şəkildə canına çəkir və beləcə, T-hüceyrələri qida mənbəyindən məhrum edir. İmmunitet bir müddət şişlə mübarizə aparsa da, sonradan onun inkişafına əngəl yarada bilmir.

Tədqiqatçılar müəyyən edib ki, limfositlərin taqətdən düşməsinə təsir göstərən əsas səbəb onda "enolaza 1" fermentinin miqdarının (həmin ferment qlükozanın oksidləşməsində mühüm rol oynayıb) aşağı düşməsidir.