Oynaqların 4 düşməni Problemi bir az da dərinləşdirirsiniz!


Digərləri 01 Fev 2019 23:02:00 232 0

Oynaqların 4 düşməni  Problemi bir az da dərinləşdirirsiniz!

Osteoartrit yaşlı insanların xəstəliyi sayılsa da, son illərdə orta yaş qrupu insanlarda belə rast gəlinir. Bunun əsas səbəbi isə gənc yaşda insanlarda piylənmənin yaranmasıdır. Yaşın artması, qadın olmaq və genetik faktorlar oynaq xəstəliklərinin yaranmasında aradan qaldırılması mümkün olmayan təsirlərdəndir. Ancaq bəzi amillər var ki, onların qarşısını almaqla oynaqların zədələnməsinə əngəl olmaq mümkündür. 

Son.az medicina.az-a istinadən həmin amilləri təqdim edir: 

Piylənmə   Artıq çəki oynaqların ən böyük düşmənidir. Hər artıq bir kiloqram oynaqlara 4-6 kilo kimi təsirini göstərir. Artıq çəki səbəbindən oynaqlarda yerləşən qığırdaqlar zədələnir. Buna görə də oynaqların sağlam olması üçün arıqlamaq ən yaxşı çıxış yoludur. 

Az hərəkətli həyat tərzi 

Az hərəkətli həyat tərzi keçirmək bu xəstəliyin səbəblərindəndir. Çünki hərəkətsizlik səbəbindən oynaqların zəifləməsi baş verir. Bunun nəticəsində oynaqlara kömək olan bağlar öz funksiyalarını yerinə yetirə bilmədiyinə görə, problem daha da artır. Buna görə də gün ərzində kifayət qədər hərəkət etmək lazmıdır.