2018ci ilin yaşayış üçün ən yaxşı 10 şəhəri FOTO


Digərləri 01 Fev 2019 22:02:00 302 0

2018ci ilin yaşayış üçün ən yaxşı 10 şəhəri  FOTO

"Economist İntelligence Unit" mütəxəssisləri yaşayış üçün yararlılığı və rahatlığı baxımından şəhərlərin reytinqini hazırlayıb.

Araşdırma zamanı dünya üzrə 140-dan çox şəhər təhlil edilib, həmçinin, stabillik, səhiyyə, mədəniyyət, ətraf mühit, təhsil səviyyəsi və infrastruktur kimi müxtəlif meyarlar üzrə dəyərləndirmə aparılıb.

Son.az oxu.az-a istinadən yaşayış üçün ən yaxşı 10 şəhər haqqında sizi məlumatlandıracaq.

10. Adelaida, Avstraliya

Bal: 96.6

Adelaida Cənubi Avstraliya ştatının administrativ mərkəzi və ən böyük ştatı, ölkənin beşinci ən böyük şəhəridir. Hazırda Adelaida festivalları, çaxırı, incəsənəti və idman nailiyyətləri ilə məşhurdur.

Cənubi Avstraliyanın idarəetmə və kommersiya mərkəzi olan Adelaidada çox sayda dövlət və maliyyə müəssisələri yerləşir. Onların çoxu şəhərin mərkəzində, həmçinin, şəhər kənarında qərarlaşıb.

9. Kopenhagen, Danimarka

Bal: 96.8

Kopenhagen Danimarkanın paytaxtı və ən böyük şəhəridir. Şəhər Danimarkanın mədəni, iqtisadi və idarəetmə mərkəzidir. Həmçinin, burada Kopenhagen fond birjası yerləşdiyinə görə Şimali Avropanın ən böyük maliyyə mərkəzlərindən biridir.

Kopenhagenin iqtisadiyyatı xidmət sektorunda, informasiya texnologiyası, tibb və təmiz texnologiya sahələrində sürətlə inkişaf edib.

7. Tokio, Yaponiya

Bal: 97.2

Tokio Yaponiyanın paytaxtı, administrativ, maliyyə, sənaye və siyasi mərkəzidir. Tokio Yaponiyanın başlıca iqtisadi mərkəzidir. Şəhərdə intellekt, informasiya və xidmət sahələrində çalışan qabaqcıl müəssisələr yerləşir.

Tokio fond birjasının üzvü olan şirkətlərin təqribən 90 faizinin baş nümayəndəlikləri məhz paytaxtda yerləşir.

7. Toronto, Kanada

Bal: 97.2

Toronto Kanadanın ən böyük şəhəri, Ontario əyalətinin administrativ mərkəzidir. Toronto "qızıl nal" adlı yeddi milyon əhalisi olan və Ontario gölünün qərb hissəsində yerləşən sıx məskunlaşmış regionun bir hissəsidir. Kanada əhalisinin təqribən üçdə biri Torontonun 500 km ətrafında yaşayır. Kanada iş yerlərinin altıda bir hissəsi bu şəhərdə yerləşir.

6. Vankuver, Kanada

Bal: 97.3

Vankuver Kanadanın qərbində yerləşən şəhərdir, Britaniya Kolumbiyası əyalətinin ən iri və Kanadanın üçünçü ən böyük yaşayış məntəqəsidir. Nəqliyat təminatı, yaşayış komfortu buraya daha çox mühacir axınına səbəb olur ki, onların da çoxu cənub-şərqi Asiyadandır.

Vankuver ölkənin ən böyük sənaye mərkəzlərindən biridir. Şəhərin limanı Kanadada ən böyük limandır, müxtəlifliyi ilə seçilir və illik ticarət dövriyyəsi 75 milyard Kanada dolları təşkil edir.


Xəbərə aid fotolar