ÜST qızılca ilə bağlı: Azərbaycanda gözləniləndən daha artıq yoluxma var


Digərləri 01 Fev 2019 22:08:00 221 0

ÜST qızılca ilə bağlı: Azərbaycanda gözləniləndən daha artıq yoluxma var

Azərbaycanda qızılcaya yoluxma gözləniləndən daha artıq müşahidə edilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisindən məlumat verilib.

Nümayəndəlikdən bildirilib ki, hazırda Avropanın əksər ölkələrində qızılca epidemiyası baş verir. Həmin ölkələr onlayn sistem vasitəsilə Ümumdünya Səhiyyə Təşkilatını mövcud vəziyyətlə bağlı daimi şəkildə məlumatlandırırlar:

"Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları əsasən vaxtı ilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib".

ÜST-dən qeyd edilib ki, Səhiyyə Nazirliyi vəziyyəti nəzarətdə saxlayır və xəstəlik halları daha çox müşahidə edilən yaş qrupları və bölgələr üçün əlavə peyvənd tədbirlərinin aparılmasını nəzərdə tutur: