Zəncəfilin gözəlliyə inanılmaz faydaları


Digərləri 01 Fev 2019 21:56:00 273 0

Zəncəfilin gözəlliyə inanılmaz faydaları

Zəncəfil güclü antiseptik və iltihab əleyhinə xüsusiyyətlərə malikdir, qan dövranını yaxşılaşdırır, cavanlaşdırır, orqanizmdə bərpa proseslərini sürətləndirir.

Bütün bu faydalı xüsusiyyətlərə görə zəncəfil kosmetologiyada da çox geniş istifadə olunur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, zəncəfil maskaları üz dərisini əla təmizləyir, təravətləndirir,  cavanlaşdırır, daha dartılmış edir.

Zəncəfildən belə sadə maska hazırlaya bilərsiniz: təzə zəncəfil kökünü (təxminən 3 sm) sürtgəcdən keçirin, qatıqla qarışdırın, üz dərisinə çəkin, 15 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maska yağlı dəri üçün nəzərdə tutulub. Dəriniz qurudursa, qatığın əvəzinə yağlı xamadan istifadə edin.