Ətraf mühiti çirkləndirməyən yanacaqlar


Digərləri 01 Fev 2019 21:59:00 248 0

Ətraf mühiti çirkləndirməyən yanacaqlar

Zaman keçdikcə müxtəlif enerji mənbələrinə münasibət dəyişir. Atmosferin çirklənməsi və onun fəsadları dünya ölkələrini daha təhlükəsiz yanacaqlardan istifadə haqqında düşünməyə vadar edir. Yaxın gələcəyin yanacaqları sırasına metanol, hidrazin və hidrogen daxildir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.

Mütəxəssis bildirib ki, sintetik qazların sırasına daxil olan metanoldan istifadə daxili yanma mühərriklərində bir az dəyişikliklər aparılmasını tələb edir: "Neftin ağır karbohidrogenlərinin yanması ilə müqayisədə yüngül karbohidrogenlərin yanması daha tam baş verir. Metanolun istifadəsi ətraf mühit üçün təhlükəsizdir. Çünki yanacaq kimi istifadə etdikdə havanın digər qazlarla çirklənməsi baş vermir.

Hidrazinin xassələri onun yanacaq kimi tətbiqi üçün əlverişlidir. Otaq temperaturunda hidrazin rəngsiz, qoxusuz mayedir. ABŞ-da yük avtomobilləri üçün yanacaq kimi tətbiq olunur. Hidrazinin üstünlüyü onun istehsalı üçün istifadə edilən xammalların əlverişli olmasıdır. Belə ki, onun istehsalında havada olan azot və sudan alınan hidrogendən istifadə olunur. Hidrazinin çatışmayan cəhəti digər yanacaqlarla müqayisədə qiymətinin baha olmasıdır. Müasir dövrdə hidrazinin alınması onun oksidinin sulu məhlulundan alınmasına əsaslanır. Sulu məhluldan birbaşa istifadə onun qiymətini ucuzlaşdırır. Çatışmayan cəhəti kanserogenliyi və parçalanması zamanı ammonyakın alınmasıdır.