Bakıda marketdə satıcını döyən gənc məhkəmə zalında həbs edildi


Digərləri 01 Fev 2019 20:04:00 232 0

Bakıda marketdə satıcını döyən gənc məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qəhrəman Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Q.Aslanov məhkəmə zalında həbs olunub.