ABŞın hərəkətləri Türkiyəni bərk narahat edir


Dünya 01 Fev 2019 18:11:00 196 0

ABŞın hərəkətləri Türkiyəni bərk narahat edir

"Son illər ABŞ-ın regionda fəaliyyəti Türkiyəni bərk narahat edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

F.Altunun sözlərinə görə, ABŞ PKK-nın Suriyadakı qolu PYD/YPG-ni fəal dəstəkləyir və bu Ankara ilə Vaşinqton arasında müttəfiqlik ruhuna uyğun deyil:

"Vaşinqtonun bu cür hərəkətləri ciddi problemlərə gətirib çıxarıb".